• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli”də ən təhlükəli qaz quyusunda yanğın söndürüldü

“Günəşli”də ən təhlükəli qaz quyusunda yanğın söndürüldü
16.01.2016 14:31
"Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, ərazidən kənarlaşdırılması, eləcə də fontana qarşı mübarizə qrupunun quyular ətrafında sərbəst işləməsi üçün müvafiq strukturlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilib, yararsız vəziyyətə düşmüş quyuağzı avadanlıqlar kəsilərək çıxarılıb, yeni avadanlıqlar quraşdırıldıqdan sonra platformanın üzərindən quraşdırılmış aqreqatlar vasitəsilə sözügedən quyuya su vurulub:

"Yanğınsöndürənlərin, eləcə də "Azneft” İstehsalat Birliyinin müvafiq strukturlarının əməkdaşlarının gərgin səyləri nəticəsində yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub”.

SOCAR-da bildirilib ki, 2015-ci il dekabrın 4-də "Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranmış yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.      

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol