• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda televiziyanın baş direktoru vəzifəsindən azad edildi

Azərbaycanda televiziyanın baş direktoru vəzifəsindən azad edildi
16.01.2016 18:30
"CBC Sport” telekanalının baş direktoru İlham Rüstəmov tutduğu vəzifədən gedib. 

ANN.Az-ın Report-a istinadən məlumatına görə, televiziyanın onunla imzaladığı 6 aylıq müqavilə müddəti başa çatıb.

Telekanalın yaydığı məlumatda baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üstün icra edəcəyi bildirilib. 20 ildən çox iş təcrübəsinə malik olan mütəxəssis Türkiyə, Kanada və digər ölkələrdə çalışıb. Türkiyə və Böyük Britaniyada televiziya sahəsində təhsil alan Volkan Üst bir sıra məşhur telelayihələrin hazırlanmasında iştirak edib.

Qeyd edək ki, iş fəaliyyətinə 1992-ci ildə Türkiyənin ictimai kanalı "TRT”də müxbir kimi başlayan V.Üst daha sonra "Show TV”də baş mütəxəssis vəzifəsində çalışıb. Türkiyə ordusunda hərbi qulluğa yollandıqdan sonra xüsusi təyinatlı bölümdə qulluq edən V.Üst 2000-ci ildə ehtiyata buraxılıb. Həmin il Türkiyənin NTV kanalına baş direktorun müavini təyin olunan mütəxəssis 7 il orda çalışıb. 

Sonra Kanadanın Canvas TV media qrupundan təklif alıb və 2007-ci ildən orada baş direktor vəzifəsini icra edib. 2010-cü ildə yenidən Türkiyədən təklif alıb və Kanal D telekanalına baş direktor təyin edilib. 2 ildən sonra yenidən Kanadanın Canvas TV media qrupuna qayıdıb və baş direktor kimi fəaliyyətini davam etdirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol