• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxanalardakı etiraz xəbərlərinə - RƏSMİ MÜNASİBƏT

Həbsxanalardakı etiraz xəbərlərinə - RƏSMİ MÜNASİBƏT
16.01.2016 19:00
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrində etirazların olması barədə yayılan informasiyalara münasibət bildirib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində Penitensiar Xidmətin tabe qurumlarında məhkumların sosial-məişət şəraitinin gərgin olması, o cümlədən ayrı-ayrı müəssisələrdə etirazların baş verməsi kimi həqiqətdən tamamilə uzaq məlumatlar yer alıb: 

"Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında maddi-məişət şəraiti, o cümlədən qida rasionu qanunvericiliyin tələblərinə uyğundur vә  lazım olan səviyyədədir. Müəssisələrin qış mövsümünə hazırlığı ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülüb, xüsusi kontingentin saxlanılması, qidalanması, istiliyin təmin edilməsi, su, qaz, işıq təminatı ilə bağlı heç bir çətinlik yaşanmır. Xüsusi kontingentin yaşayış təminatı ilə bağlı bütün ərzaq, geyim və digər sosial xidmətlər dövlət xərcləri hesabına həyata keçirilir”.
 
Məlumatda bildirilir ki, məhbusların saxlanması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan digər hüquqlardan tam istifadə etmələri Azərbaycan Prezidentinin 06.02.2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı  dəfələrlə yaxşılaşıb: "Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən mənfur qüvvələr ayrı-ayrı regionlarda bir qrup həmfikirlərinin iştirakı ilə təşkil etdikləri qanunsuz aksiyalar fonunda, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin aksiyaların miqyasını və təsirini genişləndirməyə səy göstərirlər. Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qohumlarının və ictimaiyyətin nəzərinə çatdırılır ki, təqsirləndirilən şəxslərin və məhkumların  hüquqları və qanuni mənafeyi dövlətimizin cəza-icra siyasətinə uyğun olaraq bütün sahələrdə tam qorunur”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol