• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət və Turizm Nazirliyindən yeni rəhbər təyinatları

Mədəniyyət və Turizm Nazirliyindən yeni rəhbər təyinatları
19.01.2016 16:59
İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri və Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifələrinə yeni təyinatlar olub.

Trend-in əldə etdiyi məlumata görə, Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifəsinə Rüfət Nuriyev təyin edilib. O bu vəzifəyə təyin edilənədək Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri olub.

Nazirliyin və İmişli rayon İcra Hakimiyyətinin birgə qərarına əsasən, Nazim Əzimov İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan N.Əzimov bu vəzifəyədək İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə yeni təyinatlarla bağlı məlumatları təsdiqləyib.

Qeyd edək ki, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov ötən ilin sonunda şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə vəzifəsindən azad olunmuşdu.

Müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, 65 yaşının tamam olmasına görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayev vəzifəsindən azad edilib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə vəzifəsindən azad olunmuşdu.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol