Daşkəsəndə güclü külək fəsadlar yaradıb

Daşkəsəndə güclü külək bir sıra fəsadlar yaradıb.
Kəpəz TV (Region TV) məlumat verir ki, bu gecə müşahidə olunan güclü külək rayon ərazisində bir neçə çoxmərtəbəli binanın dam örtüklərini yararsız hala salıb. Səməd Vurğun küçəsində yerləşən 12 mənzilli yaşayış binasının dam örtüyü taxta konstruksiyalarla birgə uçulub.
Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev bildirib ki, elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Hazırda komissiyanın üzvləri dəyən ziyanın müəyyənləşdirilməsi, fəsadların aradan qaldırılması üçün iş aparır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























