• $
  • €
  • ₽
  • ₺
  • £

Xədicə İsmayılovanı vəkil Amal Kluni müdafiə edəcək - YENİLƏNİB

Xədicə İsmayılovanı vəkil Amal Kluni müdafiə edəcək - YENİLƏNİB
20.01.2016 14:05
Həbsdə olan jurnalist Xədicə İsmayılovanın azərbaycanlı vəkilləri jurnalistin erməni əsilli vəkil tərəfindən müdafiə edilməsi məsələsindən xəbərsizdirlər. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev bildirib.

Vəkil hələ ki bu barədə heç bir məlumatı olmadığını deyib: "Məlumatın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Xədicə İsmayılovanı insan hüquqları üzrə beynəlxalq təşkilatlar müdafiə edir, onun işini nəzarətdə saxlayır. Ola bilər ki, erməni əsilli olduğu deyilən vəkil Amal Kluni də həmin təşkilatların tərkibindədir. Amma konkret olaraq Amal Kluni ilə Xədicə İsmayılova arasında razılıq əldə olunmasından məlumatım yoxdur”.

X.İsmayılovanın hüquqlarını müdafiə edən digər vəkil Fariz Namazlı da məlumatı mətbuatdan eşitdiyini deyir: "Gələn həftə Xədicə İsmayılova ilə görüşəcəyəm və bu barədə maraqlanacağam. Əgər nəsə məlumat olsa, bu barədə ictimaiyyətə açıqlama verəcəyəm”.

Xatırladaq ki, beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluninin hazırda həbsdə olan azərbaycanlı jurnalisti Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyi deyilir. A.Kluni bununla bağlı razılıq əldə edildiyini də deyib.

A.Kluni erməni əsillidir və Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki işində Ermənistan hökumətinin vəkili və müdafiəçisi olub.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

08:59

Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

Oxu.Az-ın "Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində özü bildirib.

A. Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi Amal Kluni olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol