• $
  • €
  • ₽
  • ₺
  • £

Baş epidemioloq: Azərbaycanda “donuz qripi” ilə bağlı təhlükə yoxdur

Baş epidemioloq: Azərbaycanda “donuz qripi” ilə bağlı təhlükə yoxdur
20.01.2016 17:37
Hazırda Azərbaycanda "donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Azərbaycanda indiyədək "donuz qripi” xəstəliyinin aşkarlanmadığını deyən baş mütəxəssis ölkədə indiyədək heç bir kəsin H1N1 virusuna yoluxma şübhəsi ilə müayinələrə cəlb edilmədiyini, mövsümü qriplə əlaqədar müayinələrin aparıldığını da söyləyib.

Baş epidemioloq qeyd edib ki, "donuz qripi”nin digər ölkələrdən Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün sərhəd məntəqələrində SN-nin Sanitar Karantin Müfəttişliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə nəzarət məntəqləri fəaliyyət göstərir: "Şübhəli şəxslərin hamısı sanitar nəzarətindən keçirilir. Lazım olarsa, biz onu mütləq şəkildə təcrid edirik. Bunun üçün Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib. Respublika Taun Əleyhinə Stansiyada da bütün müayinələr aparılır. Ölkəmizin "donuz qripi” ilə əlaqədar tədbirlər görməsi üçün hər cür şəraiti var. Əgər bir hadisə baş verərsə, biz buna hazırıq”.

İ.Ağayev qeyd edib ki, hər il soyuq fəsillərdə qrip xəstəliyi yayılır: "Bu, birmənalıdır. Amma 50 dərəcə şaxtada qripə yoluxmayanlar, isti günlərdə isə qripə yoluxanlar var. Yay ayı ərzində də ekvatorun ətrafındakı bütün yerlərdə qrip xəstəliyi olur".

Qeyd edək ki, Rusiyanın rəsmi qurumlarının verdikləri məlumata görə, Moskvada kəskin resperator virus infeksiyalarına yoluxan hər 2-ci Moskva sakinində H1N1 virisu, yəni "donuz” qripi” var.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol