• $
  • €
  • ₽
  • ₺
  • £

DİN saxta spirtli içkilər istehsal edən sex aşkar etdi

DİN saxta spirtli içkilər istehsal edən sex aşkar etdi
21.01.2016 14:05
Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti və sənaye məhsullarının müəyyən edilərək satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirıliyinin Mətbuat xidmətidən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Səlim Əbdürrəhimovun Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki bağ massivində qurduğu gizli sexə baxış zamanı külli miqdarda saxta "Zolotoe Koltso”, "Flaqman”, "Krepost”, "Qladius”, "Banketnaya”, "Maqnat” araqları, "Jack Daniels” və "Chivas” viskiləri, 300 litr keyfiyyətsiz spirt, 5000 ədəd saxta aksiz markaları və spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

Araşdırmalarla S.Əbdürrəhimovun Laçın rayon sakinləri Rəşad Təhməzov, onun qardaşı Ramil Təhməzov və Abşeron rayon sakini Məzahir Əbdürrəhmanovla birlikdə saxta spirtli içkilər istehsal etmələri müəyyən edilib.

Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə yararsız olması məlum olub.

Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol