• $
  • €
  • ₽
  • ₺
  • £

Bu kartoflar təhlükə mənbəyidir

Bu kartoflar təhlükə mənbəyidir
21.01.2016 16:06
Bəzi işbazların texniki kartofu əhaliyə satması ciddi problemlərə yol aça bilər. Ekspertlərin sözlərinə görə, texniki kartoflar sağalmaz xəstəliklərə gətirib çıxarır.

ANN.Az Axar.Az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev bu il ərzində 948 kiloqram kartofun keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edildiyini açıqlasa da, belə kartofların bazara yol tapması istisna edilmir.

Texniki kartof nəyə yararlıdır?

Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev  deyib ki, texniki kartof əkilərkən heç nə ilə normal kartoflardan fərqlənmir:

"Əkin zamanı fermerlər bunu müəyyən edə bilməz. Lakin məhsul yığımından sonra fermerlər məhsulun bir hissəsinin texniki olmasına qərar verir.

Belə olanda isə onların tərkibindən bütün nişasta götürülür, başqa məqsədlərlə istifadə edilir. Tərkibindən nişasta götürülən kartofun insan orqanizmi üçün heç bir faydası olmadığından, qalan məhsul maldarlıq və digər sahələrdə,əsasən, plastmas, spirt və kraxmal istehsalında istifadə olunur. Əksər hallarda isə texniki kartof mal-qaranın qidalanması üçün nəzərdə tutulur”.

Texniki kartofu necə tanımalı?

Əgər aldığınız kartof göy rəngə çalırsa və üstü kələ-kötürdürsə, bu kartofu almaqdan imtina edin. Çünki bunlar texniki kartof hesab edilir.

Bu cür kartoflar qızardıldıqda daha çox yağ tələb edir və gec bişir. Ekspertlər texkini kartofdan hazırlanan qidanın dadsız olduğunu bildirir.

Qeyd edək ki, həddindən artıq texniki kartofdan istifadə insan həyatı üçün ciddi təhlükədir. Bu cür kartofun çox istifadəsi mədə-bağırsaq sistemində ağırlaşmalara, dəri xəstəliklərinə və yaddaş zəifliyinin yaranmasına səbəb olur.

İnsan bədənində toplanmış vitaminləri parçalayan texniki kartofun sistemli qəbulu insanın həyatı bahasına başa gələcək qədər ciddi təhlükə hesab edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol