• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmir Yollarında sanitariya işləri gücləndirildi - "donuz qripi"nə görə

Dəmir Yollarında sanitariya işləri gücləndirildi - "donuz qripi"nə görə
22.01.2016 11:54
Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə donuz qripinin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar ölkəmizdə bu virusa qarşı profilaktik tədbirlər aparılır.

Bu haqda Modern.az-a "Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır:
"Bunula bağlı "Azərbaycan Dəmir Yolları”-nın Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür.

Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi qoruyucu vasitələrlə təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır”. N.Əzməmmədov deyib ki, artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülüb:

"Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır.

Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti nəzarətdə saxlanılır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sanitar-Karantin Müfəttişliyində "Qaynar xətt” yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində şübhəli hallar barəsində dərhal qaynar xəttə məlumatlar daxil olacaq. Dəmir yolunda yaradılmış "Qaynar xətt”in əlaqə telefonları bunlardır:

499-48-28,499-60-25

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol