• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana yeni peyvənd gətirildi

Azərbaycana yeni peyvənd gətirildi
22.01.2016 13:33
Azərbaycanda tətbiqi nəzərdə tutulan inaktivləşdirilmiş polimelit peyvəndi ölkəyə gətirilib. 

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, peyvənd 6 ayı tamam olan uşaqlara 1 doza həcminə yalnız bir dəfə vurulacaq: "Hazırda yalnız 3 ölkədə bu virusun sirkulyasiyası var. Bunun da qarşısını almaq məqsədi ilə bu tip vaksinlər paylanılır. Ona görə də nə qədər ki, bu xəstəlik yox olmayıb, həmin peyvəndlər digər ölkələrlə yanaşı, Azərbaycanda da tətbiq olunacaq. Bununla da tədricən oral polimelit vaksinindən inaktivləşdirilmiş polimelit vaksinlərinə keçid həyata keçiriləcək. Yəni, bu vaksinin tətbiqindən sonra bu ilin aprel ayında Azərbaycanda üç valentli oral polimelitli vaksindən iki valentli oral polimelit vaksininə keçiləcək".

Azərbaycanda 1 yaşa qədər olan uşaqların sayı 170 mindir. Həmin uşaqların hamısının əhatə olunması üçün lazımi miqdarda mərhələli şəkildə vaksin gətiriləcək.

O, xatırladıb ki, yalnız bir dəfə - uşağın 6 aylığında vurulacaq peyvənd tam sağlam və həkim müayinəsindən keçən uşaqlara tətbiq olunacaq: "Vaksin ilk olaraq bizim mərkəzə veriləcək. Bundan sonra vaksin bir aylıq müddətdə lazım olan miqdarda bütün peyvənd məntəqələrinə, yəni poliklinikalara paylanacaq. Peyvəndin tətbiq olunacağı ilk aylarda Mərkəz tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Çünki əvvəldən bütün hazırlıq işləri görülüb və təlimlər olub. Xatırladım ki, dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz həyata keçirilir. Ölkəyə gətirilən yeni vaksin də ödənişsizdir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol