• $
  • €
  • ₽
  • ₺
  • £

Mirşahin Ağayev MTRŞ-lə bağlı mətbuat konfransı keçirdi

Mirşahin Ağayev  MTRŞ-lə bağlı mətbuat konfransı keçirdi
22.01.2016 20:00
"ANS-in MTRŞ-la münasibətlərinin tarixi hamının gözü qarşısındadır. MTRŞ ANS-in fəaliyyətini izləmək, bizim bütün addımlarımızı qarabaqara izləmək yolunu tutub. MTRŞ-nın ANS-ə olan qərəzini hiss etməmək mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, "Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır: "Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.
 
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru əlavə edib ki, MTRŞ və ANS arasında qarşıdurma Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayrılan vəsaitlə bağlı ANS-dən MTRŞ-ya edilən müraciətdən sonra başlayıb: "ANS-ə çatacaq 40 min manat bizə verilməyib. MTRŞ-dan hər dəfə bizə deyirdilər ki, serialı təqdim edəndə, məbləğ sizə veriləcək. Biz müraciət etdik, cavab olaraq bizə xəbərdarlıq etdilər. Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayırdığı vəsaitin taleyi necədir?! Bəlkə də hər şey şəffafdır. Ancaq biz bu suala cavab tapa bilməmişik. MTRŞ bu haqda məlumat verməlidir”. 
 
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda  informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, "Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol