• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi

MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi
23.01.2016 12:49
Hazırda Milli Televiziya və Radio Şurasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirilir.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, tədbirdə telekanalların 2015-ci ilə dair hesabatı açıqlanacaq, eyni zamanda dünən şuranın ANS telekanalının "Hesabat" verilişinə qoyulan qadağaya aydınlıq gətiriləcək:

"ANS-lə bağlı MTRŞ-nin verdiyi bütün qərarlar qanuna əsaslanıb. ANS də daxil olmaqla digər kanallarda da pozuntular minimuma endirilib. Amma Azərbaycan efirində hələ görüləsi çox işlər var.

ANS kanalı ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb.

Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar "Abşeron" serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib "Sevgi" qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. ANS-ə 1 milyon 760 min manat pul ayrıldı. Amma hansı seriallar çəkildi? "Xoca" 2 seriadan ibarət, "Ağabəyovlar", "Fatma". "Ağabəyovlar" serialına görə ANS-ə dəfələrlə xəbərdarlıq olunub. O serialda nalayiq ifadələr işlənirdi. Əxlaqsız ifadələr qanun pozuntusudur və bu gün əxlaqsız ifadələr ANS-dədir”.

***

N. Məhərrəmli bildirib ki, "Hesabat"a qoyulan qadağa aradan götürülüb: "Mirşahin Ağayevin səhhətini, kanal rəhbərliyinin etiraflarını və həssas dönəmi nəzərə alıb dünən verdiyimiz qərarı bu gün geri götürdük".

 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol