• $
  • €
  • ₽
  • ₺
  • £

31 faiz çox partlayış hadisəsi baş verib - STATİSTİKA

31 faiz çox partlayış hadisəsi baş verib - STATİSTİKA
23.01.2016 17:35
Fövqaladə Hallar Nazirliyi (FHN)  2015-ci ildə baş vermiş hadisələrə dair statistikanı açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, 2015-ci il ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü il ilə müqayisədə 11 hadisə və ya 31 faiz çoxdur.

Partlayışlar zamanı 13 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.

Qeyd edilib ki, 2015-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 13492 çıxış edilib.

Onlardan:

çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1989  çıxış;


açıq sahələrdə yanğınlar –  8805  çıxış;


nəqliyyat vasitələrində yanğınlar – 381 çıxış;

meşə və meşə talalarında yanğınlar – 6 çıxış;

digər yanğınlar üzrə - 2311 çıxış təşkil edib.

Yanğın hadisələri zamanı 64 nəfər həlak olub, 170 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 8 faiz, xəsarət alanlar üzrə 71 nəfər və ya 72 faiz çoxdur.

Rəsmi məlumata görə, 2015-ci il ərzində respublika ərazisində 13658 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2370 hadisə və ya 21 faiz çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 237 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 208 nəfər xilas edilmiş, 802 nəfər təxliyə olunub.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol