• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmli ANS-i yenə də ittiham etdi

Nuşirəvan Məhərrəmli ANS-i yenə də ittiham etdi
23.01.2016 16:20
ANS televiziyasının serial çəkilişi ilə bağlı dediklərini qətiyyətlə rədd edirik. Heç bir telekanala qərəzimiz yoxdur. Azərbaycan prezidentinin sərəncamı ilə serialların çəkilişinə əvvəl 5 milyon, sonra isə 6 milyon manat vəsait ayrılıb. Bu vəsait qəpiyinə qədər telekanallar arasında bölüşdürülüb”.
 
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, serial çəkilişi ilə əlaqədar ANS telekanalına 1 milyon 760 min manat vəsait ayrılıb: "Serial çəkilişi üçün "Lider"ə 1 milyon 800 min manat, "Space"ə 1 milyon manat 800 min manat ayrılıb. 2015-ci ildə isə "Region” telekanalına 550 min manat vəsait ayrılıb. Telekanal gec yarandığı üçün az vəsait verilib”.
 
Şura sədri əlavə edib ki, MTRŞ serial çəkilişi ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə ANS və İctimai Televiziyanı məhkəməyə verib: "Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməliydi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı. "Abşeron” serialının adının dəyişdirilməsi üçün bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.
 
N. Məhərrəmli qeyd edib ki, bu gün ən çox qanunları pozan ANS telekanalıdır: "Bizim verdiyimiz qərarlar qanunlara əsaslanır və biz qərarların doğruluğuna əminik”.





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol