Nazirlikdən sosial şəbəkədə yayılan videoya münasibət

Təhsil Nazirliyi sosial şəbəkədə müəllimin şagirdi döyməsini əks etdirən videoya münasibət bildirib.
Oxu.Az xəbər verir ki, sosial şəbəkədə yayılan videoda görünür ki, müəllim dərsini bilməyən qız uşağının başından vurur, daha sonra isə onu təhqir edir.
Videonu yayan şəxs bildirib ki, hadisə Xırdalan şəhərindəki 9 saylı məktəbdə baş verib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır:
"Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























