• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin şagirdləri döyməsi faktlarına münasibət

Müəllimlərin şagirdləri döyməsi faktlarına münasibət
26.01.2016 15:27
İstənilən halda müəllimin şagirdi vurması qəbuledilməzdir

"İstənilən halda müəllimin şagirdi vurması qəbuledilməzdir". "Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov son günlər bəzi məktəblərdə müəllimlərin şagirdləri döyməsi yer alan videogörüntülərə bildirərkən deyib.

Nazir müavininin sözlərinə görə, müəllimin şagirdi vurması normal hesab olunmur: "Hər bir müəllimin bilməli olduğu etik qaydalar var. Hansı ki, bu qaydalar Təhsil Nazirliyi tərəfindən tətbiq edilir. Hər bir müəllim öz fəaliyyətində bunu olduğu kimi rəhbər tutmalıdır. Müəllimin şagirdi döyməsi hallarında isə məktəb rəhbərliyi tərəfindən, ehtiyac olan təqdirdə isə Təhsil Nazirliyi və aidiyyəti təhsil orqanları tərəfindən məsələ araşdırılır və müvafiq tədbirlər görülür".

Qeyd edək ki, son bir ayda iki məktəbdə - Sumqayıt şəhəri 22 saylı məktəbdə və Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra "Təhsil haqqında" qanunun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə Sumqayıt şəhəri 22 saylı məktəbin tarix müəllimi İ.Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi.
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol