• $
  • €
  • ₽
  • ₺
  • £

Baş epidemioloq: Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur

Baş epidemioloq: Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur
26.01.2016 19:26
Hazırkı dövrdə viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməlidir. Ancaq Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.

Bunu Trend-ə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib: "Problem ondadır ki, maskalardan istifadə edilmir. Bizdə küçəyə maska ilə çıxmağa utanırlar. Bununla bağlı insanlarda stereotip var”.

Hazırda ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş epidemioloq qeyd edib ki, ölkədə indiyədək H1N1 virusu qeydə alınmayıb.

Onun sözlərinə görə, hazırda epidemioloji baxımdan ölkə ərazisində insanlar üçün təhlükə yarada biləcək vəziyyət yoxdur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu il dövr edən viruslar arasında mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil edib.

H3N2-nin də mövsümi qriplərdən biri olduğunu deyən İ.Ağayev əlavə edib ki, bütün qrip növlərinin, eləcə də "donuz qripi”, "quş qripi”nin əlamətləri eynidir: "Onların sadəcə olaraq, ağırlıq dərəcəsi fərqlənir. Xəstəliyin ağırlıq dərəcəsi də insanın özündən asılı olan bir haldır. Sağlamlığını qoruyan şəxs qripə yoluxmur. Bədbəxtlik ondadır ki, bizim əhalinin 90 faizi özünü müalicə ilə məşğuldur. Əslində, xəstələnən şəxs mütləq təcrid olunmalıdır, amma bizdə olunmur”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol