Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılır

Bu gün Ali Məhkəmədə "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev barəsindəki hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiirlən prosesdə İ.Əliyevin vəkili Cavad Cavadov çıxış edib. Vəkil çıxışında Ali Məhkəmədən İ.Əliyevə bərat verilməsini istəyib. Məhkəmədə saat 14.30-dək fasilə elan edilib.
Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişdirməyib.
Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib