• $
  • €
  • ₽
  • ₺
  • £

Qar Lerik və Yardımlıda problemlər yaratdı

Qar Lerik və Yardımlıda problemlər yaratdı
26.01.2016 15:07
 Havaların kəskin soyuması və qarın yağması Lerik rayon sakinləri üçün yenidən problem yaradıb. 

"Report"un məlumatına görə, rayonun bütün kəndlərinə iki gündür ki, elektrik enerjisinin verilişi dayandırılıb. Rayon mərkəzində isə işıq ötən gün kəsilib.  Lerik Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, kəndlərdə və rayon mərkəzində elektrik enerjisi təssərrüfatında yaranan problemlərin aradan qaldırılması istiqamətində briqadalar işləyir: "Gecə vaxtlarında şaxta olduğundan sular donub, yollar buz bağlayıb. Rayonun ucqar dağ kəndlərindən rayon mərkəzinə gediş-gəlişdə problemlər olsa da, nəqliyyatın hərəkəti tam kəsilməyib. Rayon mərkəzinə və kəndlərə mavi yanacağın verilməsində problem yaranmayıb".

Hazırda rayon mərkəzində qarın qalınlığı 15-20, dağlıq ərazilərdə isə 40-50 santimetrdir. 

Cənub bölgəsində ən çox qar Yardımlı rayonuna yağıb. Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Azər Xamıyev "Report"a açıqlamasında rayon ərazisində hər hansı problemin olmadığını bildirib: "Rayonun mərkəzində qarın hündürlüyü 40-50, kəndlərdə isə 60-70 santimetrə qədərdir. Bütün kəndlərlə əlaqə var, yollar qardan təmizlənib. Kəndlərə və rayon mərkəzinə elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem yoxdur". 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol