• $
  • €
  • ₽
  • ₺
  • £

"The Jewish Journal": Azərbaycanın Qara Yanvarını xatırlarkən - Faciəylə Dirçəliş arasında

"The Jewish Journal": Azərbaycanın Qara Yanvarını xatırlarkən - Faciəylə Dirçəliş arasında
26.01.2016 15:11
Bir müddət əvvəl ABŞ-ın "The Jewish Journal" nəşrində 1990-cı ilin 20 yanvarında Bakıda baş verən hadisələrlə bağlı məqalə dərc edilib. Müəllif Milix Yevdayevdir. Məqaləni diqqətinizə təqdim edirik. 

Milix Yevdayev

1990-cı ilin yanvarın 19-da biz dostlarla bərabər Azərbaycanda, Bakıda qızımın ad günü münasibətiylə bir yerə yığışmağı planlaşdırırdıq. Ancaq şəhərin müxtəlif yerlərində baş verən qırğınlardan dolayı biz planımızı təxirə salmalı olduq. Dostlarımıza da təcili xəbər çatdırdıq ki, həyatları təhlükədə olduğuna görə evdə otursunlar. 

Həmin günün gecəsi isə Azərbaycanın milli azadlıq hərəkatını boğmaq və onun SSRİ-dən ayrılmasının qarşısını almaq məqsədiylə təpədən dırnağa qədər silahlanmış 26,000 Qırmızı ordu əsgəri Bakıya qasırğa kimi daxil oldu və dinc nümayişçiləri necə və hardan gəldi gülləbaran etdi. Nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi, insan qırğını 20 yanvar səhərinə qədər davam etdi. Demək olar, bütün qurbanlar mülki vətəndaşlar idi, ən faciəlisi isə onların arasında qadınlar, hətta uşaqlar vardı. Xəbərlər sürətlə yayıldı, Azərbaycanda yaşayan bütün icmalar eşitdiklərinə inana bilmirdilər. Bu qara gün heç vaxt yaddan çıxmayacaqdı, Azərbaycandakı hər bir icmada, hər bir evdə bu gün ürək ağrısıyla xatırlanacaqdı. 

Elə azərbaycanlılar var ki, o günlərdə həlak olan hər kəsin kimliyini bilir, bizim xalqlarımız hər bir günahsız qurbanın yasını saxlayır. Biz o qəddar-qanlı gündə qurban gedən hər bir müsəlmanın, xristianın – xalqımızın hər bir oğul və qızının xatirəsini qəlbimizdə yaşadırıq. Çoxları Azərbaycanın müxtəlif millətlərə və dinlərə mənsub insanlar üçün xüsusi məkan olduğunu bilir, bizim tariximiz və gündəlik həyat tərzimiz harmoniya içində keçib.  Ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bu həmrəylik həmçinin bu qanlı günün ildönümündə diqqət və emosiyaların paylaşılması baxımından da əhəmiyyətlidir. 
 


Vera Bessantina 1990-cı ilin 19 yanvarında Sovet hərbçiləri tərəfindən qətlə yetirilib.
Vera Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 
 

1990-cı ilin yanvarında qurban getmiş yəhudi qızı  Vera Bessantinanın da qətlə yetirilməsi bizim yəhudi icmamız üçün böyük sarsıntı idi. Veranın cəmi 16 yaşı vardı, o, musiqi məktəbini təzəcə bitirmişdi və bir gün böyük violençel olmaq istəyirdi. Biz öyrəndik ki, sovet qoşunları Bakını mühasirəyə alarkən Vera özünü qorumaq üçün bütün gün evdə olub, ancaq bir anlıq çöldə nə baş verdiyini görmək üçün pəncərədən çölə baxması onun həyatı bahasına başa gəlib, sovet əsgəri dərhal onu snayperlə qətlə yetirib. 

Mənim qızımın doğum günü tarixi qanlı yanvar günü və Veranın qətlə yetirildiyi tarixlə üst üstə düşür, qızım Verayla eyni yaşdadır. Buna görə də xanımım və mən Veranın xatirəsinə çox həssaslıqla yanaşırıq, həmçinin biz bunu dərs çıxarılası bir paralel kimi qəbul edirik. 

Biz yəhudi icmasının qurban getmiş digər üzvlərinə də, Sovet ordusunun 20 gülləsinə tuş gəlmiş yan Meyeroviçə, şəhərdəki qırğınlardan dolayı ambulansda insanları xilas etməyə gedərkən qəhrəmancasına həlak olmuş Aleksandr Marxevkaya da yas saxlayırıq. 

Biz bu həftə boyunca Bakı və Qubadakı dağ yəhudiləri sinaqoqlarında 20 yanvarla əlaqədar xüsusi mərasimlər təşkil edirik. Bizim icmamızın Qara Yanvarla bağlı doğurdan da dərin duyğuları var. Mənim ailəm üçün bu qırğından bəri yadetmə mərasimi xüsusi qarışıq təəssüratlarla yadda qalır. Biz qızımızın doğum günüylə bağlı xoşbəxtliklə Qara Yanvarın dəhşətli kabusu arasında balans qururuq. 

Qara Yanvarla bağlı qüssəni xatırlamamaq mümkün olmasa da, mən hər şeyə baxmayaraq bu gündə xüsusi bir işıq da görürəm. Bu gündən sonra ortaya möhtəşəm bir şey də ortaya çıxdı. Bu bizim xalqımızın övladlarının sovet qatillərinə qarşı qəhrəmancasına dirənişi idi, bunun da nəticəsində Azərbaycan uzunömürlü azadlıq və müstəqilliyi qazana bildi. 20 Yanvardan sonra Azərbaycan xalqı sovetlərin hədə-qorxusunu və qəbul etdiyi komendant saatını rədd etdi, Bakının əsas meydanı qurban gedənlərin matəmiylə əlaqədar tamamilə dolub daşdı. Bizim dirənişimizin sayı tezliklə 1 milyon insanı ötdü. Növbəti günü Bakının bütün meydan, küçə, prospektlərini dolduran insan kütlələri sovetlərə Azərbaycanın qorxmayacağını və daha da dirəniş göstərəcəyini sübut etdi. Bu qırğın və ondan sonra gələn dirəniş hərəkatı Sovet İttifaqının acı sonunun gəlib çatmasına səbəb oldu. 

Mənim ailəmin Qara Yanvar təcrübəsi – möcüzəvi həyatı qeyd etməsi və həmin gün baş verən ölüm faciəsini yad etməsi bizim tariximizin bu susqun anında gələcəyə ümidlə baxmaq baxımından güclü mesajdır. Həyatın ən qaranlıq, hətta qəddar ölüm anında biz gözlənilməz hədiyyələrlə və dəfedilməz qüvvəyə malik ola bilərik. 

Qurban gedən bacı və qardaşlarımızı xatırladığımız bu gündə biz xilasedicilərimizin şərəfinə başımızı dik tuturuq və ümid edirik ki, işıqlı günlərimiz o qədər çox olacaq ki, bu qara, qanlı gün sadəcə keçmişə aid bir qüssə kimi keçmişlərdə qalacaq. 

Azərbaycanda, Los Ancelesdə, Hebronda, Parisə bu qara günün xatirəsini anan hər birimiz ən azından birlikdə olduğumuza görə minnətdar olmalıyıq. Məhz bu bizə həyatda irələləməyə kömək edir və bizə həyatlarını itirənlərin xatirəsini anmaq və onları cəsarətini unutmamaq üçün güc verir. 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol