• $
  • €
  • ₽
  • ₺
  • £

Mirşahin Ağayevin MTRŞ-ya qarşı iki iddiası qismən təmin edildi

Mirşahin Ağayevin MTRŞ-ya qarşı iki iddiası qismən təmin edildi
26.01.2016 17:45
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib. 

"Report” xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclas sabaha təxirə salınıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ANS-in müdafiəçisi Ramin Əliyev çıxış edib.

O, məhkəmədən Səbail Rayon Məhkəməsində çıxarılan qərarın ləğv edilməsini istəyib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib. Günün sonuncu apellyasiya şikayəti üzrə məhkəmə iclasına hakim Qədim Babayevin sədrliyi ilə baxılıb.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayətini qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol