• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da təlimi keçirildi

ADU-da təlimi keçirildi
26.01.2016 19:08

Yanvarın 26-da  Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə "Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı Tvinninq layihəsi çərçivəsində, Finlandiya və Estoniyalı ekspertlərin iştirakı ilə "Bolonya prosesi və keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları” təliminin II hissəsi keçirildi. Layihənin əsas məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsi, xüsusilə Bolonya siyasətinin yüksəldilməsi, AATM üzrə irəli sürülən vəzifə və istinad alətlərin tam olaraq həyata keçirilməsi üçün Təhsil Nazirliyi və Azərbaycan Respublikasının digər aparıcı qurumlarında institusional potensialın artırılmasıdır.
 
Təlimdə  Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisen, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Rezident Tvinniq müşaviri Reijo Aholainen, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Ali Təhsil Şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətov və həmin şöbənin baş mütəxəssisi Tofiq Əhmədov, nazirliyin hüquq şöbəsinin aparıcı məsləhətçisi, professor Əfqan Abdullayev, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, həmçinin yerli və xarici ekspertlər iştirak edirdi.
 
Təlimdə  Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisen "Estoniyada ali təhsilin keyfiyyət təminatı sistemi” adlı təqdimatla çıxış etdi. Estoniya təhsil sisteminin tarixindən söhbət açan H.Mattisen eyni zamanda tədris qrupları barəsində ətraflı məlumat verdi. O, bildirdi ki, geniş maliyyə vəsaitinin tələb olunmasına baxmayaraq Estoniya təhsildə xarici təcrübədən yararlanıb. Estoniyada dövlət universitetlərinin ödənişsiz olduğunu vurğulayan qonaq özəl universitetlərin onlarla rəqabət apara bilmədiyini və bağlandıqlarını sözlərinə əlavə etdi. O, qeyd etdi ki, Estoniya xarici tələbələri cəlb etmək məqsədi ilə ingilis dilli proqramlar təklif edir. Heli Mattisen Estoniyanın təhsil sistemində akkreditasiya keçirildiyi zaman universitet idarəetməsi, onun keyfiyyət təminatı, cəmiyyətə xidmət kimi meyarların əsas götürüldüyünü təlim iştirakçılarının diqqətinə çatdırdı.
 
Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen Finlandiyanın təhsil sistemi haqqında təqdimatla çıxış etdi.
 
Qeyd edək ki, layihə rəhbərləri Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisen və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevdir. Layihə çərçivəsində qısa müddətli ekspertlərin Azərbaycanda 470 iş günü ərzində yerli həmkarları ilə birgə çalışması, habelə Azərbaycanlı ekspertlərin Aİ üzv ölklərinə tanışlıq səfərləri etməsi və staj keçmələri nəzərdə tutulur. İki il davam edəcək layihə 2015-ci ilin sentyabrında başlayıb və 2017-ci ilin avqust ayına kimi yekunlaşacaq.
 
Onu da bildirək ki, təlim iki gün davam edəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol