Dağıstanda “donuz qripi”nə 77 nəfər yoluxub

Son iki ayda Dağıstanda "donuz qripi”nə 77 nəfər yoluxub.
APA xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, xəstələrdən beş nəfəri pnevmoniyadan keçinib. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir.
"Ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub”, deyə qurumdan bildirilib.
Məlumata görə, Mahaçqala xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır, onlardan 61 nəfəri uşaq olmaqla, 130-da pnevmoniya diaqnozu qoyulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























