• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın müxbir və həqiqi üzvlüyü elmi rütbələr hesab olunacaq

AMEA-nın müxbir və həqiqi üzvlüyü elmi rütbələr hesab olunacaq
28.05.2020 19:36
Azərbaycan qanunvericiliyinə yeni - elmi rütbələr anlayışı daxil edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin "Elm haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, qanunvericlikdə elmi adlar, elmi dərəcələr olsa da, elmi rütbələr anlayışı yoxdur: "Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri var. Bu, onların elmi rütbələri hesab edilir. Buna görə də "Elm haqqında” qanun layihəsinə elmi rütbələr anlayışı da daxil edilib”.

İ.Həbibbəyli qeyd edib ki, "Elm haqqında” qanun layihəsinin yeni variantında dövlətin təhlükəsizliyini təmin edən sahələr üzrə məhdudiyyət saxlanılmaqla, elmi fəaliyyətlə məşğul olmağa görə qoyulan məhdudiyyətlər aradan götürülüb. Komitə sədri hesab edib ki, bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur.

İ.Həbibbəyli qeyd edib ki, layihədə tədqiqat universitetlərinin yaradılması ideyası da dəstəklənib. Onun sözlərinə görə, büdcə imkan verdiyi zaman belə universitetlərin yaradılması həyata keçiriləcək.

Komitə sədri hesab edir ki, ehtiyac olduğu təqdirdə Təhsil Nazirliyi özü də elmi tədqiqat müəssisələri açmaq hüququna malik olmalıdır. O əlavə edib ki, layihəyə elmi fəaliyyət üçün olduqca zəruri olan sahənin- elmi eksedisiyaların təşkilinin tənzimlənməsi ilə bağlı maddənin əlavə edilməsi zəruri sayılıb.

İ.Həbibbəylinin fikrincə, AMEA və elmi müəssisələr üçün elmi məqsədlərlə əlaqədar gətirilən və Azərbaycanda istehsal olunmayan zəruri avadanlıqlara görə vergi güzəştləri olmalı və ya bu vergilər tamamilə ləğv edilməlidir. İ.Həbibbəyli bunu həmin avadanlıqların gətirilməsinin elmi məqsədlərlə bağlı olması, onlardan birbaşa mənfəətin əldə edilməməsi ilə izah edib.

İ.Həbibbəyli qeyd edib ki, layihəyə görə, dövlət elm və elmi-texniki fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştlər verir.

Müzakirələrdən sonra layihənin 2-ci oxunuşda Milli Məclisinin yaz sessiyasının gündəliyinə daxil edilməsi tövsiyə edildi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol