• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqlara müraciət etdi

Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqlara müraciət etdi
28.05.2020 19:26
"Uşağı o adam vurur ki, onun uşağı öyrətməyə, dəyişdirməyə bacarığı, qabiliyyəti çatmır".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Komitə rəsmisi hesab edir ki, əgər şagird dərsə hazır deyilsə onu vurmaqla bu məsələni həll etmək olmaz: "Müəllimin tərbiyə üsulundan çox şey asılıdır. Şagirdlə oturub söhbət etməklə bu məsələni yoluna qoymaq, uşağı istiqamətləndirmək olar. Uşağı vurmaq ən asan üsuldur. Uşağı vurmaq uşaq hüquqlarının pozulmasıdır. Bu zaman uşaq fiziki və mənəvi xəsarət alır. Zorakılıqla böyüyən uşaq düşünəcək ki, məni vurdular ağıllandım, qaydalara əməl etdim, mən də bu üsulu tətbiq edim".

O bildirib ki, uşaqlara qarşı törədilən zorakılıq halları daha çox ailə-məişət zəminində baş verir: "Ailə-məişət zəminində zorakılıq halları ilə bağlı tədbirlər görülür. Zorakılıq törədənlərin hərəkətlərinə birbaş nəzarət olunur. İctimai yerlərdə, məktəblərdə, ali məktəblərdə baş verən zorakılıq halları ilə bağlı isə konkret statistika yoxdur. Çünki belə halların baş verməsini aşkar etmək çətindir. Uşaqlara qarşı törədilən zorakılıqla bağlı sübutlar, xüsusən də video çəkiliş olduğu halda müvafiq qurumlar bunu araşdırır. Belə hallar aşkarlananda Dövlət Komitəsi müdaxilə edə bilmir. Amma komitə həm orta məktəblərdə, həm də uşaq evlərində, internatlarda daimi monitorinqlər aparır. Təbii ki, monitorinqlər bütün təhsil müəssisələrini əhatə edə bilməz. Belə hallar baş verəndə zorakılığa məruz qalan uşaqların özlərinin müvafiq qurumlara müraciət etməsini tövsiyə edirik. Bunun üçün də əlavə "Qaynar xətt" yaradılmalı və təhsil müəssisələrində əlaqə nömrələri elan formasında vurulmalıdır".

P.Əliyev vurğulayıb ki, uşağı vurmaqla cəzalandırmaq tərbiyə üsulu deyil: "Komitə 2012-ci ildə "Uşaqları döymək və vurmaq olarmı?" mövzusunda region müəllimləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, müəllimlər yüngül vurmaqla uşaqları tərbiyə etməyi normal hesab edirlər. Yəni Azərbaycan reallığında belə bir fikir qəbul edilir. Dövlət Komitəsi keçmişdən qalan bu kimi düşüncələrin qarşısını almaq üçün maarifləndirmə tədbirləri görür. Ancaq son vəziyyət onu göstərir ki, bu istiqamətdə yenə də xeyli işlər görülməyinə ehtiyac var".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol