• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində yarışma keçirildi

Bakı Ali Neft Məktəbində yarışma keçirildi
28.01.2016 16:59
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr arasında "Robototexnika” üzrə yarışma keçirilib. Bu barədə BANM-dən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov yarışmada iştirak edən tələbələri salamlayaraq, onların hər birinə uğurlar arzuladı. O, tələbələrin dərsdən əlavə çalışmaqla müəyyən qurğular yaradaraq öz biliklərini nümayiş etdirmələrindən məmnun olduğunu bildirdi. Elmar Qasımov tələbələrin yaradıcılıq və təşəbbüsünün böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davam edəcəyini dedi. Rektor tələbə yarışları və sərgilərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakı da təqdirəlayiqdir.
O, həmin şirkətlərin öz gələcək mütəxəssislərini indidən seçdiklərini vurğuladı və tələbələrin həvəsləndirilməsi məqsədilə hədiyyələr təqdim edən Avandsis GROUP, Schneider Electric, Emerson Process Management, ABB, Siemens şirkətlərinə təşəkkür edərək əməkdaşlıq üçün məmnunluğunu bildirdi. Elmar Qasımov tədbirin təşkil olunmasına görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasına təşəkkür etdi O, bildirdi ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” BANM-də çox vacib ixtisaslardan biridir və burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verilir.

Elmar Qasımov bu yarışmanın davamlı olacağına inamını ifadə edərək, gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini diqqətə çatdırdı. O, orta məktəb şagirdlərinin gələcəkdə yarışmalara cəlb olunmasını tövsiyə etdi. Sonra 6 komanda üzrə yarışma başlandı. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdirdilər və hər biri haqqında məlumat veərək onların işləməsini əyani olaraq göstərdilər. Münsiflərin qiymətləndirməsindən sonra komandalar içərisindən "New era” komandası 1-ci yer, "Moon walkers” komandası 2-ci yer, "Star” komandası 3-cü yeri qazandı. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən  hədiyyələrlə mükafatlandırıldılar.

Qeyd edək ki, yarışmada III kursda təhsil alan 18 tələbə iştirak edirdi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol