• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi

Parlamentdə qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı qanun layihəsi
28.01.2016 13:40
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib. 

"Report" xəbər verir ki, iclasda komitənin yaz sessiyası üzrə qanunvericilik işləri planına baxılıb.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, yaz sessiyasında iki - "Əlillərin hüquqları haqqında" və "Turizm haqqında" qanun layihələrinə baxılacaq: "Ona görə də yeni əlavə qanun layihəsi hazırlamağı düşünmədik. Hər iki layihə uzun müddətdir ki, geniş müzakirə olunur. Artıq yaxın günlərdə layihə parlamentə daxil olacaq".

H.Rəcəbli qeyd edib ki, "Əlillərin hüquqları haqqında" qanun layihəsi əvvəllər qəbul olunan "Əlilliyin qarşısının alınması haqqında" qanunun yenidən işlənilmiş variantıdır: "Çünki həmin qanun aktuallığını qismən itirmişdi və yenidən işləmək ehtiyacı yaranmışdı".

Onun sözlərinə görə, "Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında" qanun layihəsi hazırlanıb: "Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini, bu zaman cərəyan edəcək proseslərin tənzimlənməsini nəzərdə tutan layihə əlimizdədir. Bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulub. Təkliflərə dinləmələr halında baxılacaq. Həmçinin yeni təşəbbüslərdən çıxış etməliyik. Bu istiqamətdə deputatların üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklər də edilməlidir. Buna bizim imkanlarımız var".

O qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb: "Bundan başqa, dinləmələrin nazirliklərdə də keçirilməsi üçün şəraitin yaradılması yaxşı olardı. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi müsbət qarşılayıb".  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol