ADU-da “SABAH” tələbələri haqqında sənədli filmin təqdimatı keçirildi

Azərbaycan Dillər Universitetində ADU) "SABAH” tələbələri haqqında sənədli filmin təqdimatı keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn filmin qəhrəmanları müxtəlif baza ali təhsil müəssisələri üzrə "SABAH" tələbələri və xarici ölkələrdə təhsil almış gənclərdən ibarətdir.
Təqdimat mərasimində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, "SABAH” mərkəzinin rəhbəri Gülnar Dadaşzadə, filmin rejissoru Şakir Eminbəyli, universitetin müəllim və tələbələri iştirak edirdilər.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov çıxışında "SABAH” qruplarının tələbələrinin fəaliyyətini yüksək qiymətləndirdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra "SABAH” sənədli filmi nümayiş olundu. Qəhrəmanları ADU-nun tələbələri, Prezident təqaüdçüsü, eyni zamanda "SABAH” qrupları arasında ən fəal tələbələr-Fatma İsmayılova və Ülviyyə Fətəliyeva olan film özünəməxsusluğu ilə seçilir.
Prezident təqaüdçüsü, ADU TGT-də "Kitab” klubunun sədri Fatma İsmayılova həm dərslərində, həm də sosial fəaliyyətdə çox aktivdir. O,müxtəlif seminarların, təlimlərin təşkilində yaxından iştirak edir və hətta təşkilatçısı kimi çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























