• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL ​Bakı-İstanbul aviareysini təxirə saldı

AZAL ​Bakı-İstanbul aviareysini təxirə saldı
01.02.2016 11:17
İstanbul şəhərinin Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən güclü cənub-şərq küləyi səbəbindən Bakı-İstanbul aviareysi təxirə salınıb. Pis hava şəraiti bu gün hava limanlarında ümumilikdə 24 xarici reysin təxirə salınmasına səbəb olub.

"Azərbaycan Hava Yolları” QSC-dən "Report”a bildirilib ki, şirkət Bakıdan İstanbula olan bir reysini təxirə salıb: "Bu günə "B767-300” tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reys təxirə salınıb. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi. Digər reyslərimizin təxirə salınması üçün cədvəldə dəyişiklik və ya təxirəsalma edilməyib”.

Şirkətdən bildirilib ki, sözügedən reysə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və biletləri digər reyslərlə əvəz edilib.

Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 220 manat, hər iki istiqamətdə isə 396 manatdan başlayır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol