• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızıda keçən polis işdən çıxarıldı - VİDEO

Qırmızıda keçən polis işdən çıxarıldı - VİDEO
01.02.2016 13:30
Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşfiq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib.

ANN.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu faktı videolentə alan vətəndaşlardan biri Bakı şəhər Dövlət Yol Polisinə müraciət edib.

Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, "Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin 1-ci hissəsində və 74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. 

Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".

Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, "mənə cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini yazmayasınız.

Çünki "Yol Patrul Xidməti Haqqında Təlimat”ın 7.43 cü bəndində göstərilib ki, "Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir”.

Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov şəxsən özü cavab verib.

Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında xidmətdən xaric edilib.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol