• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarına buraxılış qaydası dəyişdi

Qəbul imtahanlarına buraxılış qaydası dəyişdi
01.02.2016 14:55
 Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılış qaydası dəyişib

Tələbə Qəbulu Komissiyasının (TQDK) Kollegiyası "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də dəyişiklik edib.
 
APA-nın məlumatına görə, bu inzibati reqlamentdə nəzərdə tutulan elektron xidmət orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə test və qabiliyyət imtahanına buraxılış (qeydiyyat) vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsi üçün nəzərdə tutulub.
 
Dəyişiklik namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesində şifrin (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) ləğvi ilə bağlıdır.
 
İndiyə qədər namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edib. Dəyişikliyə əsasən bundan sonra namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, soyadı, adı, atasının adı və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edəcək.
 
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma formasından da şifr çıxarılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol