• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc alimlər haqqında məlumat bankı yaradılır

Gənc alimlər haqqında məlumat bankı yaradılır
29.05.2020 07:07
"Hazırda xaricdə fəaliyyət göstərən azərbaycanlı gənc alimlər haqqında müvafiq məlumat bankının yaradılması işinə başlanılıb".

"Report" xəbər verir ki, bunu Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev deyib.

Fondun Azərbaycanda çalışan ən fəal gənc alim və mütəxəssislər haqqında elektron məlumat bankı yaratdığını xatırladan E.Babayev qeyd edib ki, məlumat bankında gənc alim və mütəxəssislər haqqda zəruri bioqrafik informasiya ilə yanaşı, onların elmi fəaliyyət və fəallıq dərəcəsini əks etdirən məlumatlar da öz əksini tapır: "Avropa standartlarına uyğun məlumat bankından qanunvericilik çərçivəsində həm ölkə daxilində, həm də xaricdə istifadə oluna bilər. Elektron məlumat bankı daim zənginləşdirilir, dəqiqləşdirmələr aparılır".

O qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda xüsusi elektron idarəetmə proqramı (e-Qrant - Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi) yaradılacaq: "Bu, müsabiqə müddətində qrant iddiaçıları ilə fondun icraçı direksiyası arasında təmasların yalnız internet vasitəsilə baş tutmasına imkan verəcək. Eyni zamanda, müsabiqədə iştirak müasir İKT sistemlərindən istifadə olunmaqla həllini tapacaq ki, bu məsuliyyəti və operativliyi də artıracaq. Hesab edirik ki, bu yenilik gənc alimlərin xüsusi marağına səbəb olacaq və gənclərin təklifləri sistemi daha da təkmilləşdirməyə imkan verəcək".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol