• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan Dillər Universitetində maaşlar artırıldı

​Azərbaycan Dillər Universitetində maaşlar artırıldı
29.05.2020 08:36
Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, təhsilin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu baxımdan da, Prezident İlham Əliyevin təhsil sahəsində görülən böyük işlərə xüsusi önəm verməsi ölkəmizin gələcəkdə təhsil sahəsində beynəlxalq aləmdə daha böyük uğurlara imza atacağından xəbər verir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət qayğısını artırmaq məqsədi ilə əksər sahələrdə çalışan işçilərin maaşlarının 10 faiz artırılması ilə bağlı və "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamı ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən böyük diqqət və qayğının daha bir sübutudur.
 
Azərbaycan Dillər Universiteti ölkəmizdə inkişaf prosesində uğurla addımlayaraq sahib olduğu geniş imkanlar nəticəsində hər il universitetdə gözəçarpan və çox vacib islahatlar aparır.
 
ADU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır.
 
Belə ki, növbəti artım ADU-nun Elmi Şurasının 3 fevral 2016 – cı il tarixli qərarına əsasən həyata keçirildi. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən  etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol