• $
  • €
  • ₽
  • ₺
  • £

Masazırda təhlükəli zonalar müəyyənləşdirildi

Masazırda təhlükəli zonalar müəyyənləşdirildi
04.02.2016 17:39
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Yer Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə edilib. 
 
APA-nın məlumatına görə,  AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov deyib ki, 2015-ci ildə Yer Elmləri Bölməsinə daxil olan institutlar tərəfindən radon təhlükəsinin azaldılması istiqamətində ölkə üzrə tədqiqatlar aparılıb, təhlükəli zonalar ayırd edilib.
 
Masazır qəsəbəsində qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib və hökumətə təkliflər verilib.  Keçən il 14 elmi problemi əhatə edən 35 mövzu üzrə tədqiqatlar aparılıb,  5 mövzu tamamlanıb. Bölmədə 4 mühüm nəticə əldə edilib. Məsələn, ilk dəfə olaraq real hidravliik sistemlərdə mənfi təzyiq dalğaları qeydə alınıb, Bayılda amfiteatrında monitorinq aparılıb,  zəlzələ və sürüşmələr zamanı geomorfologiyanın necə dəyişdiyi təhlil olunub: "Respublika Seysmoloji Xidmət Mərkəzi qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirirlər. Mərkəzin sistemi dünyada ən güclü seysmik stansiyalar sisteminə daxil edilib. Keçən il Azərbaycanda baş verən 3 güclü zəlzələnin də parametrləri öyrənilib.  Ümumiyyətlə, 2015-ci il çox seysmik aktiv il olub. Keçən il ən güclü zəlzələ  5,9 maqnitudalı Şəki zəlzələsi olub. Aparılan tədqiqatlar göstərdi ki, Şamaxıdan başlamış Gürcüstan sərhədinə qədər böyük proseslər gedir, gərginlik toplanır. Belə qərara gəldik ki, proses belə getsə, bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”.
 
F. Qədirov qeyd edib ki, Azərbaycan peyk sistemindən  Yer Elmləri Bölməsinin elmi problemlərinin həllində "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yeni məlumatları geniş istifadə edilməlidir.
 
Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol