• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Elmi Kitabxanada dəyirmi masa

Mərkəzi Elmi Kitabxanada dəyirmi masa
04.02.2016 16:45
Məlum olduğu kimi, Azərbaycan Respublikasında fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir. 

AMEA Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr bölməsindən ANN.Az-a verilən məlumata görə, məhz bunları nəzərə alaraq, bu il fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin birgə təşkilatçılığı ilə "Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Görüşdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şəraitin yaradılmasında beynəlxalq təcrübədən faydalanmaq, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunacaq. Ümumilikdə bu sahədə görülən işlərin səmərəliliyinə, mövcud problemlər, onların həlli yollarına və bu istiqamətdə meydana gələn digər məsələlərə aydınlıq gətiriləcək.

Tədbirdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyindən və ali təhsil müəssisələrindən nümayəndələr, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində təcrübəsi olan qeyri-hökümət təşkilatlarından mütəxəssislər və alimlər iştirak edəcəklər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol