• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölümündə təqsirləndirilənlər cərimə kamerasına salındı

Rasim Əliyevin ölümündə təqsirləndirilənlər cərimə kamerasına salındı
05.02.2016 14:00
Vəkil: Bununla bağlı aidiyyati qurumlara müraciət edəcəyik

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev cərimə kamerasına yerləşdirilib.

Bu barədə "Report"a S.Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb: "Həmin şəxslər fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdən sonra "kars"a salınıb".

Vəkil təqsirləndirilən şəxslərin cərimə kamerasına salınmasının Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə yaşanan münaqişə ilə izah olunduğunu deyib. B.Hacıyev cərimə kamerası qərarı ilə razılaşmadığını, bununla bağlı aidiyyati qurumlara müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əliyevin hüquqi varisinin müdafiəçisi Fariz Namazlının həkimlərin məhkəmədə ifadə vermələri barədə vəsatətinə baxılıb. Vəsatət təmin edilməyib. R.Əliyevin valideynləri, həmçinin təqsirləndirilən şəxslər və yaxınları buna ciddi etiraz edib, məhkəmə zalında səs-küy yaranıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol