• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR

Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
29.05.2020 11:05
"Suriyalı qaçqınların Azərbaycana gəlməsi qəti şəkildə yol verilməzdir”, - bunu ANN.Az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

Prezident İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək” konfransında iştirak edib. Prezident çıxışında bildirib: "Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə, Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunub. Biz etnik təmizləməyə məruz qalmışıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Azərbaycanın Suriyayla əlaqədar konfransda ən yüksək səviyyədə təmsil olunması, ölkə başçısının çıxışındakı bəzi nüanslar sosial və digər siyasi sferalarda suriyalı qaçqınların Azərbaycanda yerləşdirilməsi kimi iddiaların ortaya çıxmasına səbəb olub. ANN.Az məsələni araşdırmaq və ekspertlərin rəyini öyrənmək üçün sorğu keçirib. Beləliklə, suriyalı qaçqınların Azərbaycana gəlmək ehtimalı varmı, əhali bunu necə qarşılayar? Suallarımızı politoloq-ekpsertlər şərh edib.
 
 
Elxan Şahinoğlu

"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu prezidentin Londonda Suriya ilə bağlı tədbirə qatılmasının müsbət addım olduğunu bildirdi: "Azərbaycanın özünün maliyyə yardımına ehtiyacı olmasına baxmayaraq, toplantıda iştirak etməklə göstərir ki, Azərbaycan Suriyadan olan qaçqınlara yardım əli uzatmağa hazırdır. Necə ki, Əfqanıstana yardım etdik, hərbiçilərimiz orda qulluq etdilər, əfqan mütəxxəsissləri gəlib burada pulsuz təlimlər keçdilər, eləcə də Suriya məsələsində simvolik də olsa, rol ala bilərik. Dövlət başçısı çıxışında onu da bildirdi ki, gərək Suriyada vətəndaş müharibəsi bitsin, bundan sonra böyük dövlətlər, eləcə də Azərbaycan bu ölkənin yenidən qurulmasında iştirak etsinlər. Azərbaycan suriyalı qaçqınların qəbulunda da müəyyən dərəcədə rol oynaya bilər. Çünki Suriyada türkmənlər yaşayır. Türkmənlər etnik baxımdan (yəni dil, din) bizə yaxın millətdir. Amma ayrıcı-seçkilik salmaq lazım deyil. Əslində bir qisim qaçqını ölkəmizə qəbul edə bilərik. Onları hər hansı bir şəhərcikdə yerləşdirmək olar. İmic baxımından bu, Azərbaycan üçün vacibdir”.

Ancaq mərkəz sədri suriyalı qaçqınların ölkəyə gəlməsinin əhali arasında narazılığa səbəb olacağını da vurğuladı: "Azərbaycan müəyyən qədər qaçqın qəbul etmək istəsə, bununçün mütləq maliyyə ayrılmalıdır. Düzdür, elə də çox vəsait lazım deyil, ancaq Suriyada müharibə bitənə qədər onlara hər ay müəyyən miqdarda pul ayrılmalıdır. Əgər Azərbaycan bu qaçqınları qəbul etmək istəsə, əhali arasında narazılıqların olacağı mütləqdir. Deyə bilərlər ki, ölkənin ağır vəziyyətində bu qədər qaçqının ölkəyə gətirilməsi düzgün deyil. Ancaq məsələ bununla bitmir: əgər Azərbaycan iddia edirsə ki, Cənubi Qafqazda lider ölkədir, onda bu statusumuza uyğun addımlar atmalıyıq. Necə ki, Əfqanıstana, Pakistana kömək edirik, eləcə də Suriyaya və orada yaşayan türkmənlərə də yardım etməliyik”.

Politoloq əlavə etdi ki, Avropa milyonlarla miqrant qəbul edir, təbii, bunların arasında 5-10 cinayətkar olacaq, ancaq Azərbaycan qəbul etsə, 4-5 min qaçqın qəbul edə bilər: "Onları da bir yerdə yerləşdirəcəyik və onlar üçün müəyyən miqdarda vəsait ayrılacaq. Düşünmürəm ki, bu 4-5 min qaçqının içərsində cinayətkar, terrorçu olsun”.
 
 
Ərəstun Oruclu

Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu Azərbaycanın suriyalı qaçqınları qəbul etməsinin düzgün addım olmadığı dedi: "Təbii ki, suriyalı qaçqınların vəziyyəti heç də ürəkaçan deyil. Ümumbəşəri qaydalara görə belə çətin vəziyyətdə olan ölkələr daima yardımlar göstərilir. Düşünürəm ki, Azərbaycan da beynəlxalq birliyin bir üzvü kimi humanitar maliyyə yardımları, ərzaq yardımları göstərə bilər. Bu da ölkəmiz tərəfindən edilməlidir. Çünki Azərbaycanın da qaçqınları olanda bizə xeyli sayda dövlət yardım etmişdi. Ancaq suriyalı qaçqınları ölkəyə qəbul etmək, ümumiyyətlə, yolverilməzdir. Ən azından ona görə ki, burada çox böyük düşüncə və mədəniyyət fərqləri var. Bu insanlar kifayət qədər aqressivdirlər. Bir sıra hallarda onlar digər ölkədə qəbul edilmiş normalara əməl etməyi sevmirlər və qaydaları pozurlar. Misal olaraq, həmin qaçqınların Avropa ölkələrində etdikləri davranışları göstərmək olar".

Siyasi şərhçi daha sonra suriyalı qaçqınların ölkəyə gəlməsinin mənfi cəhətlərini sadaladı: "Bu qaçqınların ölkəyə gəlməsinin digər mənfi cəhəti isə onların arasında terrorçuların, digər radikal elementlərin ola bilməsi ehtimalıdır. Çünki onları ölkəyə qəbul edəndə, belə tipli insanların olub-olmaması süzgəcdən keçirilmir. Bundan başqa, Azərbaycan Suriya ilə bağlı heç bir koalisiyada iştirak etməyib. Yəni iki dövlət bir birini yaxşı tanımır ki, onların vətəndaşlarını ölkəyə qəbul etsin. Bu da onların Azərbaycana gəlməsində əlavə risklər doğurur. Ona görə də düşünürəm ki, bu qəti şəkildə yol verilməzdir. Hər halda ümid edirəm ki, belə bir addım atılmayacaq”.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol