• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinin əri: "Mən onun puluna görə evlənmədim"

Xalq artistinin əri: "Mən onun puluna görə evlənmədim"
07.02.2016 15:30
44 yaşlı tanınmış rusiyalı məşhur opera ifaçısı Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenorYusif Eyvazov Rusiyanın "Birinci kanal”ında, aparıcı Andrey Malaxovun "Sevodnya Veçerom" verilişində qonaq olublar.

ANS PRESS-in məlumatına görə, cütlük verilişdə şəxsi həyatlarından danışıblar. Yusif Eyvazov canlı yayımda etiraf edib ki, Annanı çox qısqanır. O, hətta əlavə edib ki, həyat yoldaşı həmkarları ilə salamlaşanda onları öpməsindən xoşu gəlmir. 

"Bilirsiniz ki, Anna öz tamaşalarında yaratdığı obrazları ürəkdən oynayıb .Lakin bundan sonra elə hallar baş versə ,əlbəttə ki, münasibətlərimizə təsir edər. Onun geyindiyi hansısa geyim bədən quruluşunu göstərirsə, mən narahat oluram. Belə halda Anna mənim xoşuma gəlməyən geyimi dəyişir”. 


Cütlüyün valideyinləri də verilişdə olub. Yusif Eyvazovun anası Şəfiqə Eyvazova gəlinin Azərbaycan mətbəxini bildiyini təəcüblə qeyd edib. Onun sözlərinə görə, Anna Azərbaycan yeməklərini gözəl bişirir. 

"Anna Bakıya qonaq gələndə Azərbaycan yeməkləri ilə çox maraqlanırdı. Mən onların qonağı olanda isə, Annanın əl qabiliyyətini gözlərimlə gördüm. Anna hər şeyi özü edirdi, mən o zaman çox təəcübləndim. O, Azərbaycan yeməklərini çox gözəl hazırlayır". 

Yusif Eyvazov qeyd edib ki, Anna ilə pula görə yox, məhz sevdiyi üçün evlənib: 

"Münasibətlərimizin qızğın çağında Annanın agentinə dedim ki, müqavilə hazırlasın. Bu müqavilənin forması ondan ibarət idi ki, Annanın qazandığı pullar evlilik dönəmimizdə mənə aid olmayacaq. Bununla da sübut etdim ki, onunla puluna görə yox, sevdiyim üçün ailə qururam”. 


Onlar ilk dəfə necə tanış olduqlarını da gülə-gülə xatırlayıblar. Cütlük Romada tanış olublar. Annanın sözlərinə görə, ilk addımı o edib. Rusiyanın xalq artisti azərbaycanlı tenora gözəl sözlər və atmacalar atdığını deyib. Yusif isə "iş romanına” ehtiyatla yanaşıb. 


Ötən ilin dekabr ayında Avstriyanın paytaxtı Vyanada məşhur rusiyalı opera ifaçısı Anna Netrebko ilə azərbaycanlı tenor Yusif Eyvazovun möhtəşəm toy mərasimi baş tutub. 


Toyda bir çox məşhur sima iştirak edib. Onların arasında Azərbaycanın mədəniyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu , həmçinin Fərhad Bədəlbəyli də olub. Azərbaycanlı rəsmilər mərasimə ailə üzvləri ilə birlikdə qatılıblar. 


Anna Netrebkonun taxdığı tac hər kəsin marağına səbəb olub. Kübar cəmiyyətin seçimi olan tacı "Chopard" ifaçıya təqdim edib. Bu tac təxminən 2 milyon avro qiymətindədir. 

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük Teatrda və Milan teatrında aparıcı rollarda çıxış edib. Eyvazovun anası Bakı məktəblərindən birində biologiya müəlliməsi işləyir.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol