Saxta sənədlərlə Azərbaycana gələn əcnəbilər saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə Azərbaycan sərhədini keçməyə cəhd edən şəxsləri saxlayıb.
DSX-nin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli "Dubay-Bakı” aviareysi ilə Azərbaycana gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmmədin pasportlarında saxta Türkiyə Respublikası vizası və üzərinə yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunub. DSX əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmçinin 334 nömrəli "İstanbul-Bakı” aviareysi ilə Azərbaycan gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Respublikasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























