• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvan əhalisinin sayı açıqlandı
09.02.2016 10:39
Naxçıvan Muxtar Respublikasında (MR) 1 yanvar 2016-cı il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 641 nəfər artaraq 444 min 423 nəfər təşkil edib. Hazırda muxtar respublika əhalisinin 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Əhalinin 29,5%-i şəhər, 70,5%-i isə kənd yerlərində yaşayır.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsindən Oxu.Az-a bildirilib.

Komitədən bildirilib ki, Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 81 nəfər olub ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 106,6 min nəfər artıb.

"Son 20 il ərzində muxtar respublikada 62,4 min nikah bağlanıb. 153,5 min nəfər uşaq doğulub.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salıb.

Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,2 nəfər təşkil edir.

Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2015-ci ildə bu göstərici 0,8 nəfər təşkil edib.

Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22%-ni təşkil edirdisə, 1 yanvar 2016-cı il tarixə bu göstərici 30,8%-ə çatıb. 1995-ci illə müqayisədə gənclərin sayı 62,6 min nəfər artaraq 137 min nəfərə yaxın olub”, - deyə komitədən qeyd edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol