• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müqavilənin ləğvi Azərbaycan üçün ürəkaçan olmayacaq - AÇIQLAMALAR

Bu müqavilənin ləğvi Azərbaycan üçün ürəkaçan olmayacaq - AÇIQLAMALAR
09.02.2016 13:35
"Qars” Müqaviləsinin ləğvi təklifini vermək ən azından savadsızlıqdır”

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Hətta Rusiyanın bəzi siyasətçiləri, 1921-ci ildə imzalanmış "Qars” Müqaviləsinin ləğvi ilə əlaqədar Rusiya prezident Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar. Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır.

"Qars”  Müqaviləsi ləğv edilə bilərmi, yaxud bu təklifin arxasında hansı məqsəd dayanır?

Mövzu ilə əlaqədar Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, eləcə də politoloq Tofiq Abbas  ANN.Az- a fikirlərini bildiriblər. 
 
 
Fazil Mustafa 

Deputat Fazil Mustafa "Qars” Müqaviləsinin ləğvinin Azərbaycan üçün heç bir təhlükəsi olmadığını deyib: "Ən əvvəla belə bir məsələnin irəli sürülməsi savadsızlıqdır. Çünki BMT tərəfindən dövlətlərin tanınmış sərhədi var. Dövlətlər BMT-yə üzv olanda xəritə ilə daxil olublar. Ancaq diqqət etsək görərik ki, ermənilər Dağlıq Qarabağı işğal etməsinə baxmayaraq, ermənləri işğalçı kimi tanıyan yoxdur. Əgər Putin də belə bir addım atarsa, müqaviləni ləğv edərsə, bu yeni situasiyanın yaranmasına səbəb olmayacaq”. 

Fazil Mustafanın sözlərinə görə, ümumiyyətlə indiki şərtlər əsasında "Qars” Müqaviləsinin ləğv edilməsinin mənası yoxdur: "Əgər belə bir hal baş verərsə, o zaman Rusiyanın bütün imzaladığı müqavilələr şübhə altına düşər. Heç kim ciddi əsaslarla Rusiya dövləti ilə müqavilə bağlamağa maraqlı olmaz”.

Millət vəkili əlavə edib ki,  Qars müqaviləsinin ləğvi, həm də Belarusiya ilə Qazaxıstanla müqavilələrin qüvvədən düşməsi deməkdir: "Bu hal Rusiyanın indiyə qədər imzaladığı bütün müqavilələrinin etibarsızlığına gətirə bilər. Həmçinin bu dünya dövlətləri tərəfindən müsbət qarşılanmayacaq və bu dünya xəritəsinin yenidən cızılmasına gətirib çıxara bilər. Bu da çox böyük təhlükədir”.
 
 
Tofiq Abbas 

Politoloq Tofiq Abbasov hesab edir ki, bu müqavilənin ləğvi keçmişə daş atmaq deməkdir: "Ümumiyyətlə, bu müqavilənin ləğvi ilə Rusiya Kommunist Partiyasının nümayəndələri çıxış edib. Halbuki o vaxt müqaviləni bolşeviklərin özləri imzalayıblar. Absurd məqamlardan biri də budur ki, o vaxt bolşeviklərin imzaladığı bu müqaviləni, indi kommunistlər sələflərinin (bolşeviklərin) etdiklərin səhv addım kimi qələmə verməyə çalışırlar”.

Siyasi şərhçinin sözlərinə görə, əgər müqavilənin ləğv olunması reallaşarsa, nəticələri heç də ürək açan olmayacaq: "Ermənistan kimi adekvat bir dövlət, yenidən ətraf dövlətlərə ərazi iddialarını təzələyəcək. İkincisi, Naxçıvan məsələsi ortaya çıxacaq. Üçüncüsü, Türkiyənin ərazilərindən Ermənistana pay verməsi söhbəti ortaya çıxacaq və s. Belə bir lazımsız, təhlükə dolu addımı atmaq istəyənlər, təxribat siyasətindən istifadə edənlərdir. Onlar istəyirlər ki, bu regionda hansısa çaxnaşma yaratsınlar”. 

Ekspert hesab edir, bu müqavilənin ləğvinə Rusiya höküməti heç bir rəvac verməyəcək: "Onsuzda Yaxın Şərq bölgəsində hərc-mərclik, müharibədir. Bununla bərabər Rusiya Türkiyə münasibətlərində yeni qarşıdurma mərhələsi başlayarsa, indikindən daha sərt forma alarsa, onda əlbəttə ki, bütün bölgə problemə qərq olacaq.  Bundan başqa hazırda dünyanın əksər ölkələri Rusiya ilə əlaqələri qurmaq niyyətindədir. Rusiyanın özünə də bu lazım deyil. Əgər Rusiya dünya siyasətində qlobal bir rolu özünə qaytarmaq istəyirsə, onda gərək ilk növbədə müdrikliklə, ağılla hərəkət etsin”    

Orxan Aslanlı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol