• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi - Fotolar

ADU-da “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi - Fotolar
09.02.2016 19:08
9 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) rektorun müşaviri, doktor Vazeh Əsgərovun təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi, eyni zamanda Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi. Layihə rəhbəri və baş prodüseri Arzu Əliyeva, ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissorları isə Fariz Əhmədov və Vüqar İslamzadə olan "Əbədi ezamiyyət” sənədli filminin nümayişində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi.

1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət quruculuğu sahəsində gördüyü işlər və öz müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədi ilə Paris Sülh Konfransına nümayəndə heyəti göndərməsindən bəhs edən ekran əsərində, eyni zamanda heyət üzvlərinin müstəqilliyə aparan keşməkeşli yolda qarşılaşdığı çətinliklərə, siyasi təzyiqlərə, o cümlədən ümumi əngəllərə rəğmən öz missiyalarına sadiq qalmaları öz əksini tapıb.

Sənədli filmin təqdimatından öncə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ADU-nun humanitar layihələrin həyata keçirilməsinə xüsusi önəm verdiyini, bugunkü film təqdimatının da bu qəbildən olduğunu söylədi. Filmdə cərəyan edən hadisələri kitabdan oxuduğunu deyən D.Yunusov Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin milli azadlıq uğrunda, ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən danışdı. O, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Daha sonra ssenari müəllifi Müsəllim Həsənov film haqqında danışarkən onun adının Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaranması nəticəsində Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin müvəqqəti səfərinin əbədi ezamiyyətə çevrilməsi ilə əlaqədar olduğunu söylədi.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol