Azərbaycanlı iş adamının tankerində fövqəladə olay - Ölən var

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali” şirkətlər qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb. Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.
virtualaz.org-un xəbərinə görə, hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.
"Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən "Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























