• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əlillik dərəcəsi almaq istəyənlər elektron qaydada müraciət edəcəklər

Azərbaycanda əlillik dərəcəsi almaq istəyənlər elektron qaydada müraciət edəcəklər
10.02.2016 09:36
Nazirlər Kabineti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiqləyib.
 
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. TSEK-lər tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.

TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilir.

Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

Göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, "Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı” elektron xidmətini seçir. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurur.

Müraciət edən şəxsin ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir.

əxs TSEK tərəfindən 1 iş günü müddətində müayinə olunur.

TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 iş günü müddətində aparılır. Qəbul edilmiş qərarın nəticəsindən asılı olmayaraq, müayinəyə əsas verən göndəriş yenidən hər hansı bir TSEK-ə müayinə üçün əsas ola bilməz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol