• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən saxta alkotesterlərdən istifadə barədə məlumatlara münasibət

DYP-dən saxta alkotesterlərdən istifadə barədə məlumatlara münasibət
10.02.2016 11:07
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, saxta alkotesterlə bağlı olduğu iddia edilən videogörüntülərdə yol polisi heç bir qanun pozuntusuna yol vermir: "Həmin görüntülərdə sürücü sadəcə olaraq alkotesterin qanuni olub-olmadığını soruşur. Yol polisi isə sürücünün bütün suallarını təlimata uyğun şəkildə cavablandırır. Daha sonra həmin sürücü yol polisinin qanuni tələblərinə əməl edərək alkoterster müayinəsindən keçir. Mən həmin videoya bir neçə dəfə baxmışam, orada qanun pozuntusuna və ya saxta alkotestere məsələsinə rast gəlməmişəm".

Bomə rəisi əlavə edib ki, bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlar əsassız yayılmış informasiyadır: "Azərbaycanda yol polisi ən müasir texnika və avadlanlıqlarla təchiz olunubsa, necə ola bilər ki, Çin istehsalı olan saxta alkotesterlərdən istifadə olunsun? Saxta alkotester ola bilməz. Belə faktlar varsa bizə məlumat verin. Burada heç bir saxta texniki avadanlıqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ola bilsin ki, bu, yol polsinin əldə etdiyi nailiyyətləri cəmiyyətə başqa formada çatdırmaq istəyənlərin işidir. Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar".

V.Əsədov vurağulayıb ki, əgər sürücü alkotester müayinəsinin nəticəsindən narazıdırsa o təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır: "Mən bütün sürücülərin diqqətinə çatdırıram ki, Yol-Patrul Xidməti Haqqında Təlimata uyğun olaraq alkotester yol polisi tərəfindən sürücünün sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir.
Müayinənin nəticəsi yol polisi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir.

Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol