• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"də 76 tarixi bina söküləcək

"Sovetski"də 76 tarixi bina söküləcək
28.05.2020 18:52
"Sovetski"nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb. 

Bunu ANS PRESS-ə Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə isə köçürülməsi nəzərdə tutulan ərazidə yeni yolların və kommunikasiya xətlərinin çəkilişi nəzərdə tutulur. Lakin bu layihənin yerinə yetirilməsi üçün hazırda köçürülmə işlərinin tam başa çatdırılmaması müəyyən çətinliklər yaradır. "Belə ki, boşalmış ərazidə köçürülməmiş 700-ə yaxın mənzil var. Köçürülmənin başa çatdırılmamasına səbəb ev sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsidir. Bu isə nəzərdə tutulan layihənin gecikdirilməsi ilə yanaşı, ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xətlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməməsində problemlər yaradır".

Köçürmə Komissiyasının sədrinin sözlərinə görə, 2014-cü ilin əvvəllərindən başlayaraq Yasamal rayonunda "Sovetski” kimi tanınan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri davam etdirilir. Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir. 

Qeyd edilən ərazidə artıq 8766 təsərrüfatın ölçü və qiymətləndirmə işləri aparılıb. İlkin mərhələdə köçürülməsi nəzərdə tutulan 3500 təsərrüfatın 2868-i ilə razılaşma əldə edilərək alğı-satqı aparılıb. 2320 mənzil sökülərək ərazi boşaldılıb. 
Bu vaxta qədər söküntüyə məruz qalan mənzillərin satınalınması mülkiyyət sahibləri ilə könüllü alğı-satqı yolu ilə həyata keçirilib.

Komissiya sədri deyir ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və qeyd edilən ərazidə köçürülmə tədbirlərinin başa çatdırılması məqsədilə Nazirlər Kabinetinin "Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 358 saylı 11 noyabr 2015-ci il tarixli qərarı imzalanıb.

Salınacaq yeni yolların və kommunikasiya xətlərinin layihəsi təsdiq olunub və artıq bu işlərə də başlanılıb. Çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq, Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.

Səməd İslamov "Sovetski" ərazisində yerləşən tarixi abidələrin taleyinə də aydınlıq gətirib. Onun sözlərinə əsasən, ərazidə 171 tarixi abidə var ki, bunun 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək. Hazırda daha 8 tarixi bina, o cümlədən Mirzə-ağa Əliyev 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evi ilə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. Onların gəldikləri qərardan sonra bəlli olacaq ki, həmin binalar da sökülsün, ya yox.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol