• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kitabxanaların sayı azaldılacaq

Azərbaycanda kitabxanaların sayı azaldılacaq
11.02.2016 14:45
Azərbaycanda oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq.

 Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Kitabxanaların müasir dövrün tələblərinə cavab verməsini zəruri hesab edən L.Məmmədovanın sözlərinə görə, kitabxanalarda struktur dəyişikliklərinin aparılmasına 2011-ci ildən başlanılıb və Nazirlər Kabinetinin qərarı ilə kitabxanaların yeni strukturu təsdiq edilib.

L.Məmmədova deyib ki, artıq ölkədə 800-dən çox kitabxana birləşdirilib və bağlanılıb: "Bunlar binası təhlükəli, qəza vəziyyətində olan, kitabxana fondu, oxucusu olmayan, çox kiçik kəndlərdə yerləşən kitabxanalar olub. Bununla yanaşı, hazırda bir sıra kitabxanaları birləşdirmək niyyətindəyik. Oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq. Bu, artıq zamanın tələbidir”.

Bağlanacaq və ya birləşdiriləcək kitabxanaların sayının hələ müəyyənləşdirilməyini deyən nazirlik rəsmisi hazırda kitabxanaların fəaliyyətinin monitorinqinin keçirildiyini də söyləyib. O, ötən ildən başlanılan monitorinqin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib.

L.Məmmədova bildirib ki, monitorinq əsasında yaxşı işləməyən və günün tələbinə cavab verməyən, oxucusu olmayan kitabxanalar müəyyənləşdiriləcək: "Bundan sonra bu il ərzində nəzərdə tutulan bu işlərə başlanılacaq və başa çatdırılacaq”.

L.Məmmədova bildirib ki, hazırda ölkədə 2800-ə yaxın kitabxana var. Onlardan 80-ni mərkəzi kitabxanadır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol