• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəqiq elmlərə maraq artıb

Azərbaycanda dəqiq elmlərə maraq artıb
11.02.2016 23:08
Azərbaycanda dəqiq elmlər üzrə doktoranturaya qəbul olmaq istəyənlərin sayı çoxalıb.
 
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov deyib.

Ə.Sadıqov qeyd edib ki, əvvəlki illərdə dəqiq elmlərə maraq göstərənlərin sayı az, humanitar ixtisaslara maraq göstərənlərin sayı daha çox idi: "Amma ildən-ilə bu fərq azalır. Görünür, bu əmək bazarının tələbatı ilə bağlıdır. Çünki dəqiq elmlər üzrə elmi iş müdafiə edənlər əmək bazarında özlərinə daha asan iş tapırlar. Ona görə son illərdə dəqiq elmlərə göstərilən maraqda artım tendensiyası müşahidə edilir. Bu il də o artım müşahidə edildi. Humanitar və ictimai elmlər bölməsində cüzi üstünlük olsa da, dəqiq elmlər üzrə nəticələr artıq onlara yaxınlaşıb”.

Bu il AMEA-da doktoranturaya qəbul imtahanlarının testlə keçirildiyini, xarici dil bilikləri üzrə tələblərin sərtləşdirildiyini xatırladan Ə.Sadıqov əlavə edib ki, tələblərin sərtləşdirilməsinə baxmayaraq, ümumilikdə bu il doktoranturaya maraq çox yaxşı olub.

Doktorantura təhsilinə marağın ildən-ilə artdığını deyən Ə.Sadıqov qeyd edib ki, bu il ən hazırlıqlı namizədlər doktoranturaya sənəd veriblər: "Bu il 30-40 nəfər doktoranturaya qəbulda xarici dil fənni üzrə yüksək nəticə göstərib. Biz heç özümüz inamlı deyildik ki, bu nəticəni 1 ildə əldə edə bilərik. Fikirləşirdik ki, 3-4 ilə bu nəticəni əldə edə bilərik, amma görünür, gənclərimizin potensialı yüksəkdir. Sadəcə olaraq, onlar üçün imtahanları ədalətli, şəffaf keçirmək kifayətdir ki, onlar biliyin yeganə meyar olduğuna əmin olsunlar”.

Ə.Sadıqov hazırda doktoranturaya qəbulun nəticələrinin təsdiqi üçün AMEA-nın Rəyasət Heyətində dinləmələrin keçirildiyini, onların RH-nın qərarı ilə təsdiqlənəcəyini də qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol