• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevə ən çox şikayət edən vətəndaşlar – SİYAHI

İlham Əliyevə ən çox şikayət edən vətəndaşlar – SİYAHI
12.02.2016 11:59
Təkrar müraciətlərin sayının çox olmasının digər səbəbi isə bu işdə "səy göstərən” vətəndaşlardır və onlar ötən il də fəal olmuşlar.

Onlardan bəziləri müntəzəm və çox vaxt da əsassız müraciətlər yazmaqda davam edir və bu ənənəni neçə ildir ki, qoruyub saxlayırlar.

Oxu.Az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov yeni məqaləsində bildirib.

Buna misal olaraq, Binəqədidən Roza Hümbətova və Zərbani Ağayevanı, Xətaidən Elman Heydərovu, Qönçə Səmədovanı, Nərimanovdan Kamran Rəcəbovu və Rəşad Səlimlini,Nəsimidən Sevda Hüseynova və Oqtay Əliyevi, Sabunçudan Olqa Smolyaninovanı,Səbaildən Akif Əliyev və Alya Təmrazovanı, Yasamaldan Sevda Süleymanova, Yelena Yusifova, Emil Qasımov və Susanna İslamzadəni, Lənkərandan Nazim Məmmədovu,Mingəçevirdən Kifayət Məmmədovanı, Abşerondan Tural Əhmədov və Lətifə Zeynəddinovanı, Ağdamdan Rövşən Şıxıyevi misal göstərmək olar. 

Bundan başqa, Biləsuvardan Şəhla Məmmədovanı,Goranboydan Qinyaz Süleymanov, Tofiq Həsənzadə və Fəxrəddin Həsənovu, KürdəmirdənSaməddin Süleymanov və Rüstəm Rəsulovu, Laçından Xanlar Tarıverdiyevi, Lerikdən Fərman Rəhimovu, Masallıdan Şahid Əliyev, Nərgiz Əmirovanı və başqalarını göstərmək olar. 

"Adları çəkilən şəxslər Prezident Administrasiyasında müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən dəfələrlə qəbul olunub və onlara lazımi izahat verilib. 

Ümumiyyətlə, təkrar müraciətlərdən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir. Belə müraciətlərin olmaması üçün əsas vasitə vətəndaşın xahiş və ya tələbinin hüquqi cəhətdən nə dərəcədə doğru olduğunu ona lazımınca izah etməkdir”, - deyə Administrasiyanın rəsmisi qeyd edib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol